
Ədib İSAOĞLU
Bu yaxınlarda sayğı duyduğum jurnalist həmkarım Sevinc Telmanqızının verlişlərinin birində diqqətimi cəlb edən bir müsahibə izlədim. Müsahibə Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundovla bağlı idi. Açığı ilk baxışdan İsfəndiyar bəyin danışıq tərzi mənə çox qəribə gəldi. Amma sonra bu kişinin danışığında bir səmimilik, bir doğmalıq hiss etdim. Yəni pafoslu sözlərdən yox, eləcənə dədə-baba cümlələrdən istifadə edirdi. Hələ ən çox sevdiyim "məscidlərin yerinə məktəb tikdirərdim" cümləsi oldu. İsfəndiyar bəyi yaxından tanımasamda, belə bir müsahibədən sonra bu kişinin səmimiliyinə əməlli başlı heyran oldum. Amma di gəlki, müsahıbə heç də bir tərəfli qarşılanmadı. Bəzi ağzı göyçək media və sosial şəbəkə nümayəndələri belə səmimi vətən övladını top atəşinə tutdular. Elə Sevinc Telmanqızı başda olmaqla.
Və mən İsfəndiyar bəyi bir az araşdırmağa başladım. Təbii ki, az da olsa yaxşı işlərindən xəbərdar idim. Yaxın dostlarımdan olan, əvvəllər Şərur rayon vergilər idarəsində uzun zaman şöbə rəisi, vergi xidməti müşaviri işləmiş, Vaqif müəllimin İsfəndiyar bəyin ofisində işlədiyini bilirdim. Elə ən düzgün məlumatlarıda ondan alacağım üçün, sarıldım telefona.
- Salam əziz qardaş, sən İsfəndiyar bəyi, üzü Şərurdan bəri ən yaxşı tanıyanlardan birisən. Onun haqqında bildiklərini mənimlə bölüşərsən?
- Əlbətdə əziz dost məmnuniyyətlə. Mən İsfəndiyar Axundovu hələ 1988-ci illərdən çox yaxşı tanıyıram. O zamanlar, rayonda "kolxozşura" deyilən tikinti sahəsində "praraf" işləyirdi. Həmin vaxtlarda onun tikinti üzrə ali təhsili olmadığını bilirdim. Amma işlədiyi sahədə o qədər məsuliyyətli və diqqətli idi ki, müdirindən fəhləsinə qədər hər kəs onu sevirdi. Yaxşı yadımdadır işsizliyin tüğyan etdiyi dövrlərdə hər kəs kimi İsfəndiyar müəllim də Bakı şəhərinə üz tutdu. Biz tez-tez əlaqə saxlayırdıq, çünki, həmdə İsfəndiyar müəllim qabaqcıl vergi ödəyicisi idi. Qısa zaman sonra baxdım ki İsfəndiyar müəllimin yaxşı pulu var. necə qazandığnı soruşanda dedi: "Vaqif müəllim, pul Bakıda tökülüb küçəyə, sadəcə yığmaq lazımdır." (Bu arada Sevinc Telmanqızının üz ifadəsi düşür yadma. Müsahibə zamanı İsfəndiyar bəy bu cümləni deyəndə, elə təccübləndi ki, mən düşündümki, pul yığmaq üçün durub küçəyə qaçacaq ). Məndə dedim bu necə olur İsfəndiyar müəllim? "Çox sadə. Bir az ağıl işlədəndən sonra olur. Birindən alıb, digərinə satırsan. Beləliklədə əziyyətli də olsa qazanırsan. Amma işləri böyütmək üçün, savadlı insanlara ehtiyacım var."
- Yerinə düşmüşkən İsfəndiyar bəyin "alimləri işlədirdim" ifadəsini necə başa düşək? Bu ifadə heç də yaxşı qarşılanmadı axı.
- Bəli bu fikiri heçdə hər kəs düzgün başa düşməyib (gülür). Özünündə dediyi kimi, yeni və böyük iş yeri açmaq üçün savadlı kadrlara ehtiyac vardı. Və, həmin zamanlar hətta alimlər, müəllimlər "inturist"in qabağına iş axtarmağa gəlirdilər. İsfəndiyar müəllimdə o, təcrübəli, savadlı yenədə özünündə dediyi kimi alimlərin sayəsində bu güngü tikinti şirkətini qurur. Aparıcı xanım isə, ya mövzunu düzgün başa düşmür, yada öz reytinqini yüksəltmək üçün bir çox ziyalımızı İsfəndiyar müəllimin üstunə qaldırdı. Bunu çox adam bilirki, İsfəndiyar müəllimin ziyalılara böyük hörməti var. Həmdə elə onların hesabına şirkətini qurub axı.
- Bəs İsfəndiyar bəyin səxavəti necədir?
- Çox həssas movzuya toxundun qardaş. İsfəndiyar müəllim bir neçə şəhid ailəsinə, qazilərimizə, imkansız ailələrə ev hədiyyə edib. neçə-neçə qazimizi yaxşı maaşlı işlə təmin edib, imkansız ailələrə yardım və ianələr paylayır. Bir sözünən, şirkətin qapısını döyən hər kəsi razı yola salır.
Geniş məlumat üçün dostum Vaqif müəllimə təşəkkür edib sağollaşıram.
Burdansa İsfəndiyar bəyə ricamı çatdırıram. Bəli siz məscid əvəzinə məktəb tikdirın. Xalqımızın nicatı təhsildədir.
































