SON DƏQİQƏ

Təki adım könüllərdə olsun...

Tarix:

7-04-2025, 08:32

/ 3 097 dəfə oxundu.
Təki adım könüllərdə olsun...

Bir vaxt maddi ehtiyaclarım üçün Türküyəyə işləmək üçün gedirdim...Və avtobusda bu şeiri yazdım...Nə Naxçıvanda, nə Bakıda evi olmayan, ancaq 25 ildir işlədiyi Azərbaycan Yazıçılar Birliyində " Naxçıvanlı qız" obrazını layiqincə təmsil edən Aləmzərə Naxçıvanın sabiq Ali Məclisinin sədri Vasif Talıbov (əmi nəvəsi olsaq da ) yüzlərlə isfəndiyarlar sahib çıxmağı bacarmadı...
Ancaq yüzlərlə vasiflər , isfəndiyarlar gələr gedər... Ancaq Allahın izniylə tarixdə Söz qalacaq!!! Boş verdim getdi...Təki adım könüllərdə olsun...
Aləmzər SADİQQIZI
Vətən!

Atadan-anadan küsən cocuq tək...
Yenildim içimdə dözümə, Vətən.
Daha bundan sonra günahkar kimi. .
Sən də dözəcəksən sözümə, Vətən!

Yerin genəldimi bircə ürəklik...
Soldumu gülşənin bircə çiçəklik,
Əlini könlünə qoy həmişəlik...
Baxma bundan sonra izimə, Vətən!


Gözlərin bir oyaq həsrət arasa...
Yuxunda bir qərib səni çağırsa,
Yadına düşərsəm bir gün nə vaxtsa...
Baxarsan dostların gözünə, Vətən...

Başın çox qarışıb ruhsuzlarına...
Hələ qan verirsən qansızlarına,
Bir az da ümid ver yurdsuzlarına,
Oyan özünə gəl, özünə, Vətən!


Heç nə yıxmaz məni həsrətin kimi,
Öldürməz könlümü xiffətin kimi,
Nigarın, Heyranın, Məhsətin kimi...
Sahib çıx bu qəmli qızına, Vətən! 
скачать dle 12.1

Şərhlər