SON DƏQİQƏ

Bəzi rusbaşların "23 fevral"ı...

Tarix:

24-02-2025, 08:04

/ 5 047 dəfə oxundu.
Bəzi rusbaşların "23 fevral"ı...

Siyasi şərhçi  Teyyub Qənioğlu
Cənab "rusbaşlar", "milli dönüklər", öz şəxsi mənfəətiniz üçün yadelli simvollardan istifadə etməyin!
Təəssüf hissi ilə qeyd etməliyəm ki, 23 fevral, bəzi "rusbaşlar" tərəfindən ordu günü, "kişi bayramı" kimi qeyd edilir və bir -birlərini təbrik edirlər. Bəzi mağazalar, restoranlar öz mənfəətləri üçün bu günü reklam edirlər. Məlumdur ki, 23 fevral Sovet Donanmasının yaradıldığı gündür və hələ də, Rusiyada bayram kimi qeyd edilir. Milli hisslərdən məhrum olan kəslər hələ də nəzərə almaq istəmirlər ki, bu gün bizim üçün dövlətimizin müstəqillik əldə etdiyi gündən etibarən "ölüb"! Cənab "rusbaşlar", "milli dönüklər" bir daha sizlərin nəzərinizə çatdırıram ki, Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Belələrinə müraciət edirəm: cənablar, öz şəxsi mənfəətiniz üçün yadelli simvollardan istifadə etməyin, milli qürurunuz olsun!
23 fevral 2025-ci il
скачать dle 12.1

Şərhlər