SON DƏQİQƏ
» » Rza Təhmasibin Atatürkə söylədiyi məşhur MONOLOQ-ANIM

Rza Təhmasibin Atatürkə söylədiyi məşhur MONOLOQ-ANIM

Tarix:

15-02-2025, 14:08

/ 4 049 dəfə oxundu.
Rza Təhmasibin Atatürkə söylədiyi məşhur MONOLOQ-ANIM

Bu gün Azərbaycan SSR Xalq artisti, "Şərəf nişanı" ordenli aktyor, görkəmli pedaqoq Rza Təhmasibin anım günüdür!
  Rza Təhmasib haqqında qələmə alınmış məqalələrdən oxuyuruq ki, o, 1910-cu ildə Hüseyn Cavid və Əziz Şəriflə tanış olub dostlaşır. Əziz Şərif xatirələrində yazır: “Biz tez-tez Botanika bağı dərəsinə gedər, məclis qurar və uşaqlığımızı yada salıb əylənərdik. Rza şərab içmədiyindən bizə nisbətən ayıq olurdu. Və biz şuluqluq edəndə o, əzabkeş lələ kimi bizimlə maraqlanırdı.”
  Rza Təhmasibin gənclik dövrlərinin bir neçə ili Türkiyədə keçib. O, Türkiyədə işləməklə yanaşı həm də yetimlər xeyrinə verilən tamaşalarda iştirak edirmiş. Onların tamaşalarını izləməyə Mustafa Kamal Atatürk də gəlirmiş. Həmin tamşaların birinin sonunda Rza Təhmasib Cavidin “İblis” tamaşasından monoloq söyləyir. Bundan sonra onu din, dövlət əleyhinə kommunist təbliğatını aparmaqda günahlandırıb Türkiyədən qovmaq istəyirlər. Yalnız Atatürkün işə qarışmasından sonra bu təhlükə sovuşur. Sonralar Atatürk şəxsən özü Təhmasibi təşkil etdiyi məclislərə dəvət edib, ondan məhz həmin monoloqu söyləməsini xahis edərək deyərmiş: “Rza bey, şu monoloqu lütfən bir daha söyləyiniz”...
    Əvəzsiz şəxsiyyətə Allahdan rəhmət diləyirik...
Rövşən MƏRD
скачать dle 12.1

Şərhlər