
Mehranə VƏLİQIZI
Hər bir təhsil alan şagirdin,tələbənin davranışının, mənəvi aləminin formalaşmasında onun aldığı informasiyaların məzmunu və intensivliyi mühüm rol oynayır.
Ona görə də onların hansı tip informasiyaları hansı intensivliklə almaları məktəbin diqqət mərkəzində olmalıdır. Bunu adi söhbətlə, müxtəlif tip müzakirələrlə, sosioloji sorğularla öyrənmək olar. Bütün təhsil müəssisələri təhsil alanların geniş şəkildə mənəvi dəyərlər aşılayan informasiyalar almasına çalışmalıdır. Bunun üçün hər bir təhsil müəssisəsində mənəvi dəyərlər aşılayan bədii ədəbiyyat olan zəngin kitabxanası olmalıdır. Təhsil alanların bu kitabxana ilə sıx əlaqə saxlanmasını, bu kitabları oxumasını təmin edən tədbirlər görülməlidir. Təhsil alanların mənəvi dəyərlər aşılayan bədii kitablar oxumasını stimullaşdıran müxtəlif üsullardan istifadə edilməlidir.
Çalışmaq lazımdır ki, təhsil alanlar öz milli kökləri haqda məlumat verən, mütərəqqi vətəndaşlıq duyğuları aşılayan tarixi-bədii əsərləri daha çox oxusunlar.
Çalışmaq lazımdır ki, təhsil alanlar öz milli kökləri haqda məlumat verən, mütərəqqi vətəndaşlıq duyğuları aşılayan tarixi-bədii əsərləri daha çox oxusunlar.