SON DƏQİQƏ

Bakı-Balakən qatarı bu tarixdən bərpa olunur

Tarix:

24-12-2024, 22:15

/ 3 117 dəfə oxundu.
Bakı-Balakən qatarı bu tarixdən bərpa olunur

"Azərbaycan Dəmir Yolları" Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir.
ADY-dən verilən məlumata görə, yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, yanvarın 4-dən isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək.
Məlumata görə, marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyaları, eyni zamanda dörd aralıq dayanacaqda da sərnişinlərin düşüb-minməsi təmin ediləcək.
скачать dle 12.1

Şərhlər