SON DƏQİQƏ

Beyin gimnastikası

Tarix:

19-11-2024, 21:34

/ 5 046 dəfə oxundu.
Beyin gimnastikası

Azər QİSMƏT
Həyatda elə adamlarla ünsiyyətdə olun ki, sizin beyninizi gimnastika etsinlər, düşündürsünlər. Beyin gimnastika etmədikcə, alzheymer kimi xəstəliklər baş verir. Beynin gimnastikası üçün kitab oxumaq lazımdır ki, çoxu bunu etmir və çətin ki etsin. Şahmat oynamaq lazımdlr ki, oynamır və çətin ki bunu etsin. 
Məntiqi testləri isə uşaqların əyləncəsinə daxil edirlər. Ünsiyyəti əsasən səhər 8-dən günorta 12-ə kimi qurun. Çünki beyin yaddaşı məhz bu saat aralığında aktiv olur, informasiyanı yaxşı mənimsəyir. Bəzi yaradıcı adamlar bu üsuldan istifadə ediblər və məhz həmin vaxt aralığını səmərəli keçiriblər. Rejissor Federiko Fellini səhər 8-də ssenarist Polin Quenaya zəng edib ortaya mövzu atarmış. Fərqi yoxdur, toyuğun çətənəsindın tutmuş uzunqulağın kədərli gözlərinə qədər.
-Polin, mənə elə gəlir ki, stəkan dairəvi yox, kvadrat formasında olmalı idi. Nə düşünürsən?
Mövzuya fikir verin. Avtomatik olaraq beyində oyanış baş verir. Necə yəni, stəkan kvadrat olmalıdır? Bu sualın cavabı üçün yatmış neyron yuvaları oyanır, istər-istəməz beyin gimnastikası anlayışı işə düşür.
Beləliklə, beyninizlə oynayan adamlarla ünsiyyət qurun.
скачать dle 12.1

Şərhlər