SON DƏQİQƏ

Yunus OĞUZ hara GEDİR?

Tarix:

2-07-2024, 17:35

/ 2 984 dəfə oxundu.
Yunus OĞUZ hara GEDİR?

Sosial şəbəkədə Yunus OĞUZUN "Gedirəm" şeirinə rast gəldim, oxucular üçün maraqlı olmağını düşündüyümdən şeiri dərc etmək fikirinə düşdüm.
Adətən Yunus Bəy nadanlarla üz-üzə gəlməsin deyə, haqq nazilib üzüləndə, kimlərsə öz yerində olmayanda uzaqlara çəkilib haqqın haqqa qovuşmasını öz ixtiyarına verir və Türkün tarixini yazmaqla məşğul olur.
Məncə Yunus Bəy ən düzgününü edir, çünki əyri zamanımızda əyrini düzəltmək çox çətin olur.
Bilman İSAQ

Gedirəm

Hərlənib, fırlanır önümdə bir daş
Bu dünyada boş durmayan daşmı var?
Sinənə çökəndə bu ağrı yükü
Qarşısında əyilməyən başmı var?

Önündən keçəcək daş qatar-qatar
Keçəcək, keçəcək baş qatar-qatar
Axacaq gözlərdən yaş qatar-qatar
Durduracaq sərt baxışlı qaşmı var?

Bu daş bilınməz kimin nəyi kimindi?
Nə loğmandı, nə təbibdi, həkimdi
Demə hürkər, demə qorxar, çəkindi
Cavan bilməz, qoca bilməz, yaşmı var?

Bu daş sənin öz ruhundur içində
Göydən baxar vücudun nə, için nə
Halallıq al bu dünyadan köçəndə
Heç bilmirəm əhləd adlı daşmı var?

Yunus Oğuz
28.06.24
скачать dle 12.1

Şərhlər