SON DƏQİQƏ

Hərbi xidmətlə bağlı YENİLİK

Tarix:

13-06-2024, 15:55

/ 3 621 dəfə oxundu.
Hərbi xidmətlə bağlı YENİLİK

Ötən il Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı olduqca vacib fərman imzalayıb. Yeni qaydalara əsasən, çağırışçıların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılacaq. Fərmanda nəzərdə tutulan müddəalar 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. 
Qanunvericiliyə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. İndiyədək bu vəzifəni Səfərbərlik Xidmətinin nəzdində olan hərbi həkim komissiyası həyata keçirirdi. Vətəndaşın həqiqi hərbi xidmətə yararlı olub-olmamasını bu qurum aydınlaşdırırdı. 
GunAz.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, yeni qanun çağırış prosesində şəffaflığı təmin edəcək:
“Dövlət başçısının müvafiq sərəncamı ilə yeni çağırış qaydalarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərindən həyata keçirilməsi, istənilən halda səfərbərlik ehtiyatlarının orduya cəlb edilməsi şəffaflığını təmin etmiş olacaq. Çünki məlum olduğu kimi, tibbi komissiyaların üzərindən kifayət qədər yayınmalar mümkün idi.
İndi bunun ümumi sıfırlanması üçün sırf müayinə məsələlərini hərbi tibb komissiyalarının mərkəzləşdirilmiş şəkildə rəqəmsal texnologiyalar üzərindən və çağırışçıların valideynləri ilə birbaşa kontakt olmadan həyata keçirilməsi mümkün ola biləcək qeyri-qanuni məsələlərin qarşısını mütləq almış olacaq. Əgər Şuşa bəyannaməsindən sonra bizim yol xəritəmiz orduda Türkiyə modelidirsə, mütləq bu kriteriyada qardaş ölkənin səfərbərlik qanunvericiliyinə uyğunlaşdırılması qaçılmazdır”.
Polkovnik hərbi xidmətdən yayınma hallarının qarşısının alınmasının çox vacib olduğunu diqqətə çatdırıb:
“Günün tələbi ondan ibarədir ki, həm yayınmaların, həm də şəffaflığın təmin edilməsi üçün bu prosesi sistem olaraq həyata keçirməliyik. Bu təbii ki, yayınmaq istəyən çağırışçıları və onların valideynlərini narahat edəcək. Amma bu prosesin tez bir zamanda baş verəcəyini düşünməməliyik. Mühüm olan ondan ibarətdir ki, bu mövzuda siyasi qərarlılıq var. Səfərbərlik ehtiyatlarının orduya cəlb edilməsi ilə bağlı artıq qeyri-qanuni əməllər sıfırlanmalıdır. Sağlamlığı yerində olan şəxslərin hamısı hərbi xidmətə cəlb olunmalıdır. Biz yeni bir mərhələyə keçmişik və cəmiyyət olaraq bu məsələlərə hazır olmalıyıq”.
скачать dle 12.1

Şərhlər