SON DƏQİQƏ
» » Kütləvi imtahanlar elektron formada keçiriləcək - RƏSMİ

Kütləvi imtahanlar elektron formada keçiriləcək - RƏSMİ

Tarix:

8-05-2024, 12:35

/ 3 248 dəfə oxundu.
Kütləvi imtahanlar elektron formada keçiriləcək - RƏSMİ

“Kütləvi imtahanlar elektron formada keçiriləcək”.
GunAz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O, qeyd edib ki, Dövlət qulluğuna və işə qəbul üçün keçirilən imtahanların hamısı bundan sonra elektronlaşdırılacaq:
“Dövlət imtahan mərkəzinin yeni açılan imtahan korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər. İndiyə qədər keçirilən 45 növ imtahandan 21-i elektron formada keçirilib”.
M.Abbaszadə əlavə edib ki, ötən il 7 min şəxs elektron imtahanlarda iştirak edib:
“Bundan sonra həmin rəqəmlər dəyişəcək. Bu il üçün ilkin mərhələdə kontingenti 2000-dən az olan bütün imtahanlar bu binada keçiriləcək. Gələn ilin imtahan cədvəli barədə düşünülür. Bir il ərzində kontingentin sayı 10 mindən az olan bütün imtahanları elektron şəkildə burada keçirəcəyik”.
Məleykə Abbaszadə bildirib ki, təkcə regional bölmələrə yox, tədris mərkəzləri və müxtəlif universitetlərlə əlaqələr yaradılacaq:
“Çalışacağıq ki, daha kütləvi imtahanları elektron formada keçirək. Yüksəliş müsabiqəsinin onlayn sessiyası bu həftə burada keçiriləcək. Mayın 13-də başlayır. 5 gün ərzində davam edəcək”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ