SON DƏQİQƏ

Həftə sonu hansı yollar bağlı olacaq?

Tarix:

14-03-2024, 20:53

/ 3 066 dəfə oxundu.
Həftə sonu hansı yollar bağlı olacaq?

Xəbər verdiyimiz kimi, 17 mart tarixindən başlayaraq Bakının bəzi küçələri bazar günlərində avtomobillərin girişi üçün bağlanacaq.

AYNA-nın yaydığı məlumatda qadağaların həftəsonu tətbiq ediləcəyi bildirilsə də, məhdudiyyətlər yalnız həftənin bazar günləri qüvvədə olacaq.
Bazar günləri avtomobillərin girişinə bağlanacaq küçələrin tam siyahısını təqdim edirik:
• Tərlan Əliyarbəyov küçəsi (Tam)
• Zərifə Əliyeva küçəsinin bir hissəsi (Rəsul Rza Küçəsindən Məmməd Əmin Rəsulzadə küçəsinədək olan hissə)
• Əbdülkərim Əlizadə küçəsi (Tam)
• Hacı Zeynalabdin Tağıyev küçəsi (Tam)
• Polşa memarları küçəsi (Tam)
• Yusif Məmmədəliyev küçəsi (Tam)
Qeyd edək ki, daha əvvəl Xəqani bağının ətrafındakı küçələrdə (Rəsul Rza, Xəqani və Qoqol küçələrinin bir hissəsi) nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb
скачать dle 12.1

Şərhlər