SON DƏQİQƏ

32 il sonra Laçında ilk toy keçirildi

Tarix:

8-03-2024, 17:43

/ 2 897 dəfə oxundu.
32 il sonra Laçında ilk toy keçirildi

Bu gün Laçın rayonunun Zabux kəndində 32 ildən sonra ilk dəfə toy mərasimi keçirilib.

Toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrəbaları, kənd sakinləri ilə bərabər, Azərbaycan Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər.
Gəlinlə bəy “Vağzalı” sədaları altında toy mağarına daxil olduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğurunda şəhid olan qəhrəmanlarımızın xatirəsi ehtiram əlaməti olaraq sükutla anılıb. Sonra çıxış edənlər hər iki gəncə xeyr-dua veriblər və toy şənliyi başlayıb
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ