SON DƏQİQƏ
» » Qarabağda bələdiyyə seçkisi keçiriləcək?- MSK sədri açıqladı

Qarabağda bələdiyyə seçkisi keçiriləcək?- MSK sədri açıqladı

Tarix:

7-03-2024, 17:25

/ 3 077 dəfə oxundu.
Qarabağda bələdiyyə seçkisi keçiriləcək?- MSK sədri açıqladı

7 fevralda keçirilən prezident seçkilərində öncəki seçkilərlə müqayisədə xaricdə səs verən vətəndaşlarımızın sayı iki dəfə çox olub.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Qurum sədri bildirib ki, bu, MSK və Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı nəticəsində mümkün olub:
“7 fevral seçkiləri ölkəmiz üçün tarixi seçki idi. Çünki seçkilər ilk dəfə ölkənin bütün ərazilərində keçirilirdi”.
M.Pənahov əlavə edib ki, bu il həm də Şuşa, Laçın, Zəngilanın Ağalı kəndi, Ağdərə və Füzuli, həmçinin azad edilən digər bütün ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək:
“Həmin vaxta qədər də o yerlərə vətəndaşların köçürülməsi prosesi davam edəcək. Bizim üçün əsas məsələ seçki komissiyalarının bu prosesə hazır olmasıdır”
скачать dle 12.1

Şərhlər