SON DƏQİQƏ
» » Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti necədir?

Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti necədir?

Tarix:

6-03-2024, 10:43

/ 3 251 dəfə oxundu.
Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti necədir?

“Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyətində hər hansı irəliləyiş yoxdur”.

Bunu Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.
O qeyd edib ki, it dişləməsi səbəbi ilə zərərçəkən doqquz yaşlı (kişi cinsli) azyaşlının müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya Şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qalmaqdadır.
Xatırladaq ki, hadisə mart ayının 3-də “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. Belə ki, 3 saylı Zəngilan məktəbinin dördüncü sinif şagirdi öz yoldaşları ilə oynayarkən sahibsiz itlərin hücumuna məruz qalıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ