SON DƏQİQƏ
» » Sürücülərin NƏZƏRİNƏ- CƏRİMƏLƏNƏCƏKSİNİZ!

Sürücülərin NƏZƏRİNƏ- CƏRİMƏLƏNƏCƏKSİNİZ!

Tarix:

6-03-2024, 10:39

/ 3 707 dəfə oxundu.
Sürücülərin NƏZƏRİNƏ- CƏRİMƏLƏNƏCƏKSİNİZ!

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) mobil telefonlardan istifadə ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə NİİM-dən məlumat verilib.
Bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biri də nəqliyyat vasitəsinin hərəkəti zamanı sükan arxasında mobil telefondan istifadə etməkdir:
"Bu vəziyyətdə sürücünün diqqəti yayınır və qəza baş vermə riski əhəmiyyətli dərəcədə artır. Təəssüflər olsun ki belə olduğu təqdirdə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur. 
"İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əlində saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulub", - məlumatda qeyd olunub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ