SON DƏQİQƏ

Təbii YAZI

Tarix:

5-03-2024, 18:37

/ 7 445 dəfə oxundu.
Təbii YAZI

İndi sürət əsridir. Camaatın uzun vaxt alan yazı oxumaq, kiməsə qulaq asmaq, nəyəsə baxmağa hövsələsi yoxdur, elə ona görə Tok-tikə ən çox baxırlar.
Toya gedirlər birazdan bezirlər, tədbirə gedirlər 1- 2 nəfər danışandan sonra o birilərinə qulaq asmırlar, o birilər də həvəslə danışırlar, elə bilirlər qızıl düzlədirlər...
Aftobusa, təyyarəyə minməyə tələsirlər, bir az keçir, düşməyə can atırlar...
Kitabı açıb 1- 2 səhifə oxuyurlar, sonra vərəqləyirlər, daha sonra tamam örtürlər...
Hətta evə qonaq gəlir əvvəl sevinirlər, sonra telefona baxırlar, "dur get"- deyirlər. Elə qonaq da telefona baxa-baxa, nə bəhanə edib gedəcəyini düşünür...
Yotuba niyə çox baxırlar, görünüş, xəbər, məzmun, musiqi bir yerdədir.
Tok-tik daha çox məşhurdur, lap qısa, sürətlidir, mahnının 1 bəndi var, bəs edir- daha aydın olur  söhbət nədən gedir-ya təzə sevir, ya sevgilisi başqası ilə evlənib, bu da xöşbəxtliy arzulayır... Həm də düşünməyə zada eytiyac qalmır, az bir zamanda əyləncə, heyrət, şou, isti- soyuq xəbər, hamısı bilinir.
Daha hətta ən faciəvi və ya sevindirici, əhəmiyyətli hadisə də çox sürətli zaman axını tərəfindən keçmişin dənizlərinə geri axıb gedir.
Bir sözlə sürət və ya tok- tik əsridir.
Bu yaxşıdı ya pis?
Birmənalı cavab çətindir.
Ancaq bir onu bilirəm ki, təbii və gec yetişən, avqustda yeyilən qarpızlar daha dadlı və zərərsiz olur, nəinki parnikdə tez yetişən, kimyəvi maddalərlə zəngin olanlar.
Və bitki sortları süni yolla tez, növlər isə təbii yolla gec əmələ gəlirlər.
Bəlkə də insanlığın cismani və ruhi sortlaşma əsrində yaşayırıq... Bu
yazı da uzun oldu deyəsən, ancaq məncə təbiidir...
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ