SON DƏQİQƏ

Soyuq hava nə vaxta kimi davam edəcək?

Tarix:

19-02-2024, 10:56

/ 3 715 dəfə oxundu.
Soyuq hava nə vaxta kimi davam edəcək?

Hazırda Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə müşahidə olunan yağmursuz qeyri-sabit hava şəraiti sabah gün ərzində də davam edəcək.

Bu sözləri açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
“Sabah axşam saatlarında bəzi yerlərdə yağış yağması ehtimalı var. Havanın temperaturu gündüz saatlarında 5 dərəcəyədək isti olacaq. Bölgələrdə əsasən yağmursuz hava şəraiti gözlənilir. Amma bəzi dağlıq və dağətəyi rayonlarımızda qısamüddətli yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Havanın temperaturu aran rayonlarında 6-11 dərəcə isti, dağlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq”, - Məmmədova bildirib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ