SON DƏQİQƏ
» » Ordumuz güclü olacaqsa, Güney Qafqazda əmin-amanlıq hökm sürəcək - YUNUS OĞUZ- ÖZƏL

Ordumuz güclü olacaqsa, Güney Qafqazda əmin-amanlıq hökm sürəcək - YUNUS OĞUZ- ÖZƏL

Tarix:

17-02-2024, 10:48

/ 4 073 dəfə oxundu.
Ordumuz güclü olacaqsa, Güney Qafqazda əmin-amanlıq hökm sürəcək - YUNUS OĞUZ- ÖZƏL

Prezidentin andiçmə mərasimindəki çıxışında bir daha prioritetlər sadalananda hiss elədik ki, bu Yaxın, Orta, Uzaq və Daha Uzaq hədəflərimizə çatmaq üçün əsas  amil dövlət şüurunun formalaşmasıdır və bunun  üçün ilk növbədə Azərbaycanda etibarlı geosiyasət , etibarlı, güvənli məkan olmalıdır. Bunun bir komponenti də Azərbaycanda güvənli və etibarlı lider olmağıdır".

GunAz.az xəbər verir ki,  bu sözləri  açıqlamasında yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, siyasi şərhçi Yunus Oğuz deyib.
"Birinci növbədə, Azərbaycan Güney Qafqazda artıq söz sahibidir və logistika burada daha ciddi işləyir. Yəni artıq həm Şərq, həm Avropa başa düşür ki, Azərbaycansız logistik xətlə, logistika ilə işləmək mümkün deyil. Yəni Qərb Şərqdən gələn ticarət mallarının, o cümlədən də, strateji əhəmiyyətli malların  nə Rusiyadan, nə də İrandan keçməsini istəmir və ortada yalnız Azərbaycan qalır. Bu baxımdan  Azərbaycanın Güney Qafqazda mövqeyi, nüfuzu həddən artıq  böyükdür və təbii ki, bu nüfuz üçün etibarlı və güvənli məkanla yanaşı, etibarlı və güvənli liderin olması vacibdir. 
İqtisadiyyatımızın yüksəlməsi, investisiyaların Azərbaycana cəlb olunması ilə yanaşı, ordumuzun da güclü olması  əsas şərtlərindən biridir. Bu gün ordumuz güclü olacaqsa, Güney Qafqazda sabitlik,  əmin-amanlıq hökm sürəcək. Təbii  ki, güvənli və etibarlı məkanda daha bir komponent güclü xarici siyasətimizin yeridilməsi, diplomatiyamızın güclü olması və milli təhlükəsizliyimizi təhdid edən hər hansı bir ünsürü aradan qaldırmağa gücümüzün çatmasıdır. 44  günlük  Vətən  müharibəsində xalq  görünməmiş  milli  həmrəylik  göstərdi. Və  biz  bu  həmrəyliyi qorumalıyıq. Çünki  əgər milli həmrəylik olmasa, təbiidir ki, etibarlı və güvənli məkan  və güvənli lider olmayacaq. Odur ki,   milli təhlükəsizliyimizin konsepsiyasında ən əsası, Prezidentin qeyd etdiyi kimi, vətənpərvərlik təbliği daha güclü olmalıdır. Çünki gələcək hədəflərimiz böyükdür".
Təklifinizi, şikayətinizi

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ