SON DƏQİQƏ

Prezident bu nazirləri təsdiqlədi

Tarix:

16-02-2024, 15:19

/ 3 788 dəfə oxundu.
Prezident bu nazirləri təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər:
1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;
1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;
1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Şahin Abdulla oğlu Mustafayev;
1.4. Azərbaycan Respublikasının daxili işlər naziri – Vilayət Süleyman oğlu Eyvazov;
1.5. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;
1.6. Azərbaycan Respublikasının elm və təhsil naziri – Emin Eldar oğlu Əmrullayev;
1.7. Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;
1.8. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;
1.9. Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;
1.10. Azərbaycan Respublikasının gənclər və idman naziri – Fərid Fazil oğlu Qayıbov;
1.11. Azərbaycan Respublikasının xarici işlər naziri – Ceyhun Əziz oğlu Bayramov;
1.12. Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Mikayıl Çingiz oğlu Cabbarov;
1.13. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – Məcnun Qadir oğlu Məmmədov;
1.14. Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;
1.15. Azərbaycan Respublikasının mədəniyyət naziri – Adil Qabil oğlu Kərimli;
1.16. Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;
1.17. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Vüqar Valeh oğlu Mustafayev;
1.18. Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri – Rəşad Nəbi oğlu Nəbiyev;
1.19. Azərbaycan Respublikasının səhiyyə naziri – Teymur Yusif oğlu Musayev;
1.20. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Bahar Əvəz qızı Muradova;
1.21. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;
1.22. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri – Şahin Soltan oğlu Bağırov;
1.23. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;
1.24. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;
1.25. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Anar Adil oğlu Quliyev;
1.26. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;
1.27. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov;
1.28. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağı oğlu Nağıyev;
1.29. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov;
1.30. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Mürsəl Qorxmaz oğlu İbrahimov;
1.31. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri – Zaur Rauf oğlu Mikayılov;
1.32. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;
1.33. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;
1.34. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi – Əsgər Adil oğlu Rəsulov.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
скачать dle 12.1

Şərhlər