SON DƏQİQƏ

İDDİA- Ermənistan ordusu niyə atəş açdı?

Tarix:

12-02-2024, 19:45

/ 2 993 dəfə oxundu.
İDDİA- Ermənistan ordusu niyə atəş açdı?

Sərhəddə atəşkəsin pozulması və bunun nəticəsində hərbçimizin yaralanması 19-20 sentyabr anti-terror olayından sonra ilk ciddi insidentdir.

Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bu təxribatla bağlı 3 mümkün ehtimal irəli sürmək olar:
“Birinci, erməni hərbçi əmrə tabe olmayıb və atəş açıb; ikinci, bu təxribatın arxasında xarici güclər dayanır, bu, o güclərdir ki, sülh prosesinə mane olmaq istəyirlər; üçüncü, Ermənistan hakimiyyəti gərginliyi artırmaqla sərhəddə iki il əvvəl itirdiyi yüksəklikləri geri qaytarmaq istəyir.
İkinci və üçüncü ehtimal iki ölkə arasında gələcəkdə də atəşkəsin pozulmasını ehtiva edir və bu, böyük toqquşmaya səbəb ola bilər. Bu, Ermənistan üçün son dərəcə riskli gedişatdır. Ona görə də birinci ehtimalın üzərində dayanmaq lazım gəlir. Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin sərhəddə azərbaycanlı hərbçinin yaralanması barədə məlumatı araşdırması da bundan xəbər verir, ayrı vaxt olsaydı, atəşkəsin pozulmasına görə Azərbaycanı ittiham edəcəkdilər. Ermənistan hərbi idarəsi isə “Ermənistan və Azərbaycan dövlət sərhədində erməni sərhədçiləri tərəfindən atəş açılması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır. Bu hal təsdiq olunarsa, məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq” məzmunlu bəyanat yaymaqla faktiki günahını etiraf etmiş olub
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ