SON DƏQİQƏ
» » Xocavənddə baş verən partlayışın təfərrüatı açıqlandı

Xocavənddə baş verən partlayışın təfərrüatı açıqlandı

Tarix:

10-02-2024, 13:50

/ 3 826 dəfə oxundu.
Xocavənddə baş verən partlayışın təfərrüatı açıqlandı

Azərbaycan Minatəmizləmə Agentliyi Xocavənd rayonunda baş verən sursat partlayışın təfərrüatını açıqlayıb.

Bu barədə ANAMA Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, 2024-cü il 10 fevral tarixində Xocavənd rayonunun Çartaz kəndi ərazisində hərbi sursatın partlayışı hadisəsi baş verib.
Arıçılıq təsərrüfatı ilə məşğul olan 1966-cı il təvvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə zamanı baş verən partlayış nəticəsində sağ əlindən xəsarət alıb. Zərərçəkən şəxsin sağ əlinin 3 barmağı amputasiya olunub.
ANAMA vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ