SON DƏQİQƏ

Magistratura oxumaq istəyənlərin sayı artıb

Tarix:

31-01-2024, 18:48

/ 3 683 dəfə oxundu.
Magistratura oxumaq istəyənlərin sayı artıb

Bu il ali təhsil müəssisələrinin magistratura pilləsinə sənəd verənlərin sayı artıb.

2024/25-ci tədris ilində ali təhsil müəssisələrinin magistratura pilləsi üzrə 19 725 bakalavr ərizəsini təsdiq edib.
Bunlardan 18 206-sı Azərbaycan, 1 519-u isə rus bölməsindədir.
2023/24-cü tədris ilinə görə isə ali təhsil müəssisələrinin magistratura pilləsi üzrə imtahanda (I cəhd) iştirak etmək üçün 18 724 bakalavr ərizəsini təqdim edib. Onlardan 17 190 nəfər Azərbaycan, 1 534 nəfəri rus bölməsinə sənəd verib.
Ötən il II cəhd imtahanında iştirak üçün isə 17 705 bakalavr ərizə təqdim edib. Onlardan 16 461 nəfəri Azərbaycan, 1 244 nəfəri isə rus bölməsinə sənəd verib.
Qeyd edək ki, magistraturaya sənəd qəbulu ötən gün başa çatıb. Qəbul imtahanının (I cəhd) fevralın 11-də keçirilməsi nəzərdə tutulur. İmtahanda bakalavrlara məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli beş), informatika üzrə 25 (o cümlədən açıq tipli beş) test tapşırığı, xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli iki) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaq
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ