SON DƏQİQƏ

Yeni Milli HƏDƏFLƏR

Tarix:

29-01-2024, 08:33

/ 5 882 dəfə oxundu.
Yeni Milli HƏDƏFLƏR

Sadıq QARAYEV
Hər bir xalqın, toplumun yaxın və uzaq milli hədəfləri olur.
- nədir milli hədəf?
Hər hansı xalqın və onun dövlətinin qarşıya qoyduğu məqsəd, arzu və mənafelər:
- Müstəqillik;
- ərazi bütövlüyü;
- qüdrətli dövlət;
- qüdrətli, ali xalq olmaq.

30 ildə biz Azərbaycan xalqı olaraq bu ilk iki məqsədə yüksək səviyyədə çatmışıq. Xalqımız və dövlətimiz bu hədəflərə çatmaqda böyük fədakarlıqlar, rəşadət  və yüksək milli maraqlara xidmət nümunələri göstərmişik. Və nəticədə dünya dövlətləri və xalqları içərisində real naliyyətlər əsasında nüfuzlu yer tutmuşuq.  

30 il xalq və dövlət olaraq Qarabağ, Şuşa, Xankəndi, Xocalı və digər işğal olunmuş rayonlarımızı azad etməyə çalşırdıq, birləşirdik, həmrəy olurduq, bütövləşirdik. İndi bu hədəflər yoxdur.
Yeni milli hədəflər nədir? Bunu kim müəyyən edəcək?
Xalq və dövlət! Və mütləq etməlidir.
Milli hədəfləri olmayan xalq və dövlət tənəzzülə uğramağa məhkumdur.
Eyni istiqamətə- hədəfə yönəlmiş düşüncə və əməli fəaliyyət toplanır, rezonans yaradır, bütöv enerji olur.  Əks halda braun hərəkəti kimi xaotik mənzərə yaranır. Cəmiyyətin fiikir və əməlləri müxtəlif istiqamətlərə yönəlir, biri suya, biri quruya, biri də göyə çəkir, belələliklə milli maraqlar didik- didik olub, sökülür.
Yeni milli hədəflərimiz milli dövlətçiliyimizin yeni təkamül istiqamələrində, iki müstəvidə olacaqdır:
- qüdrətli dövlət;
-qüdrətli, ali xalq.
Şüarımız:
Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur

Qüdrətli dövlət hədəflərimiz:
1. İşğaldan azad edilmiş ərazilər yenidən qurulmalıdır.
A) İri strateji əhəmiyyətli şəhərlər salınmalı, dövlət əhəmiyyətli idarələr ora köçürlməlidir.
B) Paytaxt da köçürülməlidir
C) Təkcə əvvəllər orada yaşayan deyil, istənilən vətəndaşın o şəhərlərə köçüb yaşaması üçün maraq yaradılmalıdır. Və bu çox vacibdir.
2. Azərbaycan regionun və dünyanın iqdisadi güc mərkəzinə çevrilməlidir.
A) Zavod və fabriklər yaradılmalı, " Made in Azərbaycan" brendi dünyada məşhurlaşmalıdır.
B) Sistemli və ixtisaslaşmış kənd təssərüfatına keçilməlidir. Hər rayon, bölgədə təbii amillərin imkan verdiyi seçilmiş bitki növ və sortları becərilməlidir. Xaotik- kim nə istədi əkinçiliyinə son qoyulmalıdır.
C) Suvarma sistemi yenidən qurulmalıdlr.
D) Azərbaycan dünyanın və regionun əlverişli ticarət və turizm mərkəzinə çevrilməlidir.
3. Zəngəzur yolu açılmalı, Qərbi Azərbaycana qayıdış həyata keçirlməlidir.
4. Silahlı Qüvvələr təsnifatları üzrə peşəkarlaşmalı, dünyada ilk 20- likdə olmalıdır.
Yeri gəlmişkən deyim, Qafqazda sülh, Azərbaycan , eləcə də erməni xalqının dinc, sakit, müharibəsiz yaşamasının yeganə yolu Azərbaycan Silahlı Qüvvələrinin gücündən asılıdır.
5. Azərbaycan bütün qonşu, region və dünya dövlətləriylə dostluq xətti götürməlidir.
İstənilən düşmənçilik güc, enerji  itkisidir.

Qüdrətli, ali xalq hədəfi:

1. Milli elm və təhsil sistemi işlənib hazırlanmalıdır. İndi bərbad vəziyyətədir.
A) məktəblilərə nəqliyyat, geyim pulsuz olmalıdır.
B) Repitetorluq qadağan edilməlidir.
C) Ödənişli ali tşhsil ləğv edilməlidir.
D) Kişi müəllimləri daha çox olmalıdır.
E) Uşaqpulu verilməlidir.
2. Yeni elmi tədqiqt ibstitutları yaradılmalıdır.
A). Bütün elmi tədqiqat institutları bir təşkilatda birləşməlidir.
B) Elmi tədqiqatlar qrand asılılığından azad olmalıdır.
C) Elmi tədqiqatların nəticələr elmə, iqdisadiyyata, dövlətçiliyə və milli mənəvi dəyərlərə töhvə verməlidir.
3. Milli -mənəvi dəyərlər, mentalitet, ənənələr qorunmalıdır.
A) Tv- lər, KİV bu istiqamətdə işləməlidir.
B) Ziyalılar, mədəniyyət xadimlərinin ictimaiyyətə təsir imkanları çoxalmalıdır.
C) Dövlət istedadlı yazıçısına, rəssamına və s. Kömək etməli, sahib çıxmalıdır.
4. Ölkə siyasəi aləmində alternativ fikir institutları yaradılmalıdır.
A) Müxtəlif sahələrin mütəxəssislərinin də təmsil olunduğu güclü müxalifət partiyaları olmalıdır.
B) Çoxpartiyalı parlament olmalıdır.
5. Milli kadrlar peşəkarlıq, bilik və vətənpərvərliyinə görə seçilməlidir.
6. Ədalətlin, qanunun alililyinin təmin olunduğu cəmiyyətə zərər vuran amilləri aradan qaldırmalıyıq.
7. İntellektli, mənəvi və maddi zəngin, vətənpərvər, milli və bəşəri dəyərləri ülvi tutan vətəndaş çoxluğu yetişdirməliyik.
NƏTİCƏ:
Yeni milli hədəflər:
Dünyada ilk 20-likdə olan
1. Qüdrətli dövlət
2. Qüdrətli, ali xalq.
Hesab edirəm ki yüksək reytinqlə seçkilərə qatılan, ilk iki milli hədəfə xalqın və dövlətin çatmasında işıqlı yolumuz olan azərbaycançılıq məfkurəsinə, milli dövlətçilik maraqlarına daima sadiq qalan İlham Əliyev yenidən prezident seçiləcək.
Və Onun 20 illik dövlətçilik təcrübəsi, istedadı, zamanı hesablamaq məharəti, vətənpərvərliyi imkan verəcək ki, bu yeni milli hədəfləri müəyyən etsin,  xalqı, dövləti  sonrakı sabahlara aparsın.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ