SON DƏQİQƏ
» » DYP hərəkət iştirakçılarına müraciət etdi

DYP hərəkət iştirakçılarına müraciət etdi

Tarix:

23-01-2024, 11:24

/ 2 883 dəfə oxundu.
DYP hərəkət iştirakçılarına müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi (DYP) mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarədən bildirilib ki, belə hava şəraitində hərəkətə iştirakçıları ehtiyatlı olmalıdırlar.
"Qeyri-sabit hava şəraitinin paytaxt yollarında xoşagəlməz hadisələrə səbəb olmaması üçün hərəkət iştirakçılarına müraciət edərək onları ehtiyatlı olmağa, yolların sürüşkənliyini nəzərə alaraq sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə çağırırıq. Bununla yanaşı, piyadalardan da əlverişsiz hava şəraitinin yaratdığı çətinlikləri nəzərə alaraq, yollarda öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmalarını, yol hərəkəti qaydalarına sözsüz əməl etmələrini xahiş edirik", - məlumatda qeyd edilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ