SON DƏQİQƏ

Azərbaycan Ordusunda toplantı keçirildi

Tarix:

8-01-2024, 12:56

/ 1 564 dəfə oxundu.
Azərbaycan Ordusunda toplantı keçirildi

2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə təlim-metodiki toplantı keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Toplantıda ideoloji iş və mənəvi-psixoloji təminatın yüksəldilməsi istiqamətində ötən il ərzində görülən işlərə, əldə olunan nailiyyətlərə və nöqsanların aradan qaldırılmasına dair məruzələr dinlənilib, cari ildə bu istiqamətdə görüləcək işlər, perspektiv planlar müzakirə olunub.
скачать dle 12.1

Şərhlər