SON DƏQİQƏ
» » Laçında həlak olan hərbiçilərə şəhid statusu veriləcək?

Laçında həlak olan hərbiçilərə şəhid statusu veriləcək?

Tarix:

4-01-2024, 20:51

/ 2 917 dəfə oxundu.
Laçında həlak olan hərbiçilərə şəhid statusu veriləcək?

Şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən verilən bildiriş əsasında verilir.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidən verilən açıqlamada qeyd olunub.
“Laçında həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova xidmət vaxtı həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək”, - məlumatda bildirilib.
Qeyd edək ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ