SON DƏQİQƏ
» » Tələbələr lövhədə Elçin Babayevə istiliklə bağlı ərizə yazdılar

Tələbələr lövhədə Elçin Babayevə istiliklə bağlı ərizə yazdılar

Tarix:

26-12-2023, 11:40

/ 3 748 dəfə oxundu.
Tələbələr lövhədə Elçin Babayevə istiliklə bağlı ərizə yazdılar

Bakı Dövlət Universitetindən şikayət var. 

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 
Belə ki, tələbələr təhsil ocağında istiliyin olmamasından şikayət ediblər. 
Onlar auditoriyalardan birindəki lövhəyə problemlə əlaqədar universitetin rektoru Elçin Babayevə ərizə yazaraq müraciət ediblər.
Məsələ barədə Bakı Dövlət Universiteti ilə əlaqə saxladıq. 
Ali təhsil ocağından bildirilib ki, BDU-nun bütün korpuslarında istilik var:
“Hazırda universitetdə istiliklə bağlı hər hansı problem yoxdur”.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ