SON DƏQİQƏ

Laçında əmək yarmarkası keçirilib

Tarix:

24-11-2023, 11:39

/ 1 546 dəfə oxundu.
Laçında əmək yarmarkası keçirilib

Laçın şəhərində əmək yarmarkası keçirilir.

Yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil edilib.
Məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 16 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 200-dən artıq vakansiya təqdim olunub.
Tədbirin keçirilməsində əsas məqsəd Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirlərinin davam etdirilməsidir.
Yarmarkaya qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilir, uyğun namizədlərin qeydiyyatı aparılır. Həmçinin iştirakçılara agentliyin aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ