SON DƏQİQƏ
» » Yanğına görə bu yollarda məhdudiyyət yarandı

Yanğına görə bu yollarda məhdudiyyət yarandı

Tarix:

23-11-2023, 08:31

/ 1 850 dəfə oxundu.
Yanğına görə bu yollarda məhdudiyyət yarandı

Bakının Binəqədi rayonu Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğın səbəbindən prospektin köməkçi yolundan metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətinə yolda məhdudiyyət tətbiq olunub.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Xatırladaq ki, bu gün səhər saat 05:55 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın olub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb. Xəsarət alan yoxdur. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ