SON DƏQİQƏ
» » Məktəblərdə yayılan xəstəliklə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Məktəblərdə yayılan xəstəliklə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Tarix:

18-11-2023, 09:35

/ 1 722 dəfə oxundu.
Məktəblərdə yayılan xəstəliklə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Hepatit virusları selektivdir. Bunlar hepatosit hüceyrələrində oturur və qaraciyəri zədələyir. Ona görə də adları hepatit viruslardır. Hepatit A virusu ancaq hava-damcı yolu ilə keçir və yoluxucu xəstəlikdir. Qalan növləri isə, yəni B, C, D, E - Hepatit A virusunun formalarıdır. Bunlar qanla-kontakt yolu ilə keçirlər.

Bu sözləri açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla Mingəçevir şəhərində uşaqlar arasında Hepatit A xəstəliyinin qeydə alınması barədə danışarkən deyib.
Professor bildirib ki, hansısa ərazidə bu virus aşkarlanıbsa, ərazidəki virus ocaqları dərhal məhdudlaşdırılmalıdır:
“Həmçinin, təhsil müəssisələrində, məktəblərdə virus aşkarlanıbsa, bu uşaqlar hospitalizasiya edilsə, daha yaxşı olar. İnfeksion xəstəliklər şöbəsində müalicə olunmalı və onlarla əlaqədə olanlar da nəzarət altına götürülməlidir. Hepatit A virusunun vaksini var. Təəssüf ki, bu gün bizim valideynlərin çoxu vaksinasiyadan yayınırlar. Uşaqlar arasında da müxtəlif infeksion xəstəlikləri baş alıb gedir. Buna ciddi əməl etmək lazımdır”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ