SON DƏQİQƏ

Bakı Beynəlxalq kitab sərgisində

Tarix:

17-11-2023, 09:55

/ 1 963 dəfə oxundu.
Bakı Beynəlxalq  kitab sərgisində

Hər il olduğu kimi bu il də Bakı Ekspo mərkəzində 9- cu Bakı Beynəlxalq kitab sərgisi keçirildi.Noyabrın 11 dən 15 - nə qədər davam edən  sərgidə Azərbaycanın  ,qardaş Türkiyənin  , Orta Asiya və Rusiyanın  nəşriyyat və mətbəələrində çap olunmuş kitablar nümayiş olunurdu.
Müəlliflər öz kitabları haqqında da iştirakçılara məlumat verirdilər.
Kriminal aləmdən yazan dünya şöhrətli yazıçı Çingiz Abdullayevin  nədənsə kitabları gözümə dəymədi.
Lakin sərgidə ən çox satılan kitablar yazıçı Varisin kitabları oldu.Çünki, hər kəs Varisin kitablarını almağa çalışırdı.Xalqın gözü həqiqətən də tərəzidir
Bir il öncə yazdığım  " Culfa şəhidləri , " Asimana ucalan şəhidlər " adlı kitablarımı və redaktoru olduğum bir neçə kitablardan , eləcə də
" Həkəri" qəzetinin 50 ədəd yeni saylarından Ekspo mərkəzinə gətirmişdim.
Mərkəzi gəzərək hər bir nəşriyyat və mətbəə əməkdaşları  ilə tanış olub kitablarla maraqlandıq .
Qapıdan girəcəkdə sözünü cəsarətlə deyən yazıçı Kəramət Böyükçöl adəti üzrə kitablarını masaya düzərək oxuculara məlumat verirdi .Halal zəhmətlə çörək pulu qazanan qələm dostumuz  Qəşəm Nəcəfzadənin oğlunu salamlayıb kitabları bir - bir nəzərdən keçirdim.
Ayrı - ayrı guşələrdə  müəlliflər öz kitabları haqqında iştirakçılara məlumatlar verirdilər.
Yazıçı Elmira Axundova Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın Rusiyada geniş və səmərəli  fəaliyyəti barədə, eləcə də rus dilində yazdığı yeni şeirlər kitabı haqqında  maraqlı çıxışını dinlədik.
Sonra sərginin digər guşəsində yazıçı həmkarım
" Yada düşər xatirələr" jurnalının təsisçisi və redaktoru  Nazilə xanımın kövrək səsini eşidərək həmin yerə yaxınlaşdım.
Nazilə xanım gənc yazıçı Könül Fazilqızınln  " Şuşada bitən yuxu" kitabı  haqqında danışaraq şeirlər söyləyir,  kövrək notlara toxunaraq şəhid anasının qəlbini ələ almağa çalışar, təskinlik verirdi.
Tədbirin aparıcısı əslən Füzuli rayonundan olan qələm  dostumuz Hacı Məmmədov  sonra  bu sətirlərin müəllifinə danışmaq üçün söz  verdi.Mən də öz növbəmdə  şəhidlərimizə borclu olduğumuzu, onlarla qürur duyduğumuzu  bildirdim və şəhid Teymur Telman oğlu Məcidzadəninn anası Yasəmın xanıma  " Culfa şəhidləri" kitabımı , Nəzakət xanıma isə " Asimana ucalan şəhidlər"  kitabımı hədiyyə etdim.
Şəhid anası Yasəmən xanım tədbir iştirakçılarına təşəkkürünü bildirdi və şəhid övladı haqqında kövrək xatirələrini söylədi.
Gənc müəllif Könül Fazilqızının " Şuşada bitən yuxu" kitabı şəhid qəhrəman Teymur Məcidzadənin şərəfli ömür yoluna həsr olunmuşdu.Könül xanıma  uğurlar arzuladım.
Növbəti görüşüm Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun rəhbəri Nüsrət Məmmədovla yüksək səviyyədə baş tutdu.
Respublikamızın keçmiş hərbi komissarının müavini , Müdafiə Nazirliyinin sabiq  mətbuat xidmətinin rəhbəri və bir çox məsul vəzifələrdə ləyaqətlə işləmiş və hazırda ehtiyyatda olan zabit, polkovnik- leytenant , Vətən müharibəsi veteranı Rasim Sadıqov məni Nüsrət müəllimlə daha yaxından tanış etdi.Onu da qeyd edim ki ,Azərbaycanın haqlı səsinin dünyaya yayılmasında  Nüsrət müəllimin xidmətləri  böyükdür və onun gördüyü səmərəli fəaliyyəti ən yüksək alqışlara layiqdir.
Vətənpərvər şairlərdən Zahid Xəlillə, Qəşəm İsabəyli ilə də mehriban görüşərək Ekspo mərkəzinin geniş zalını gəzərək müxtəlif nəşriyyatların kitabları , jurnalları və uşaq ədəbiyyatı ilə tanış olaraq " Dodo"  qəzeti üçün ayrılmış stendə yaxınlaşdıq.Yazıçı - jurnalist İradə Məlikova Azərbaycanda yaşayan talış xalqının folklor nümunələrini,mətbəxini   ölkəmizdə yaşayan çoxsaylı xalqların milli -adət ənənələrini , oxşaq müsiqi və mədəniyyətini  və vətən uğrunda şəhid olmuş Azərbaycan xalqının qeyrətli oğulları haqqında yazdığı qəzet və kitabları oxuculara hədiyyə edir və  hər kəsə kitabları haqqında  məlumatlar verirdi.
Vətənpərvər qələm dostumuzla da şəkil çəkdirdik.
Köhnə həmkar dostumuz , yazıçı Zemfira Məmmədova bizi  Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən " Humanist Kitab" nəşriyyatı və kitab evindən Menekşe Sabahla  tanış etdi.
Menekşe  xanım  Türkiyədə çap olunan kitablardan hər ikimizə hədiyyə etdi.Öz şəxsi vəsaiti hesabına İstanbuldan Bakıya gələrək Kitab sərgisində iştiirak edən vətənpərvər  Menekşe  Sabaha təşəkkür edərək
baş redaktoru olduğum
" Həkəri" qəzetinin bir nüsxəsini   təqdim  etdim.
Zemfira xanım isə
xeyriyyəçi Sara Aşurbəyli haqqında yazdığı kitabı rəfiqəsinə hədiyyə etdi.
Sonra xatirə şəkli çəkdirdik.
Hər il keçirilən kitab sərgilərinin xalqlarımız arasında mədəni əlaqələrin daha da möhkəmlənməsində, Azərbaycanın haqq səsinin dünyaya yayılmasında  əhəmiyyəti olduqca böyükdür.
Çox təəssüflər olsun ki,vətənpərvər müəlliflər kitablarını çətinliklə də olsa öz şəxsi vəsaitləri hesabına və ya yüksək faizlə banklardan kredit götürərək  100- 200 tirajla çap etdirirlər. Nəticədə mənim kimi müəlliflər sələmçi bankıarımıza ömrümüz boyu kredit ödəmək məcburiyyətində qalırıq.
Ona görə də bu kitablar az tirajla geniş oxucu kütləsi arasında yayımlana bilmir.
Yaxşı olar ki, Azərbaycan Respublikası  Mədəniyyət  Nazirliyi  və Azərbaycan Yazıçılar birliyi fəxri adları, prezident təqaüdlərini tanışlıq və ya  pul ilə satmaq əvəzinə ,  istedadlı şair və yazıçıların tarixi  kitablarını , şəhidlərimizə həsr olunmuş poemaları, ermənilərin işğalçı , məkirli alçaq, ikiüzlü simalarını ifşa edən əsərləri toplayaraq  xarici dillərə tərcümə etdirib  dünya xalqlarına yaysınlar.
İnsan nə vaxtsa dünyasını dəyişsə də ,kitablar əsrlərlə yaşayıq və gələcək nəsillər kitablardan bəhrələnir, tariximizi öyrənirlər.
Gəlin kitablara sayqı ilə baxaq və qələm  sahiblərini dəyərləndirməyi bacaraq.


Rauf İlyasoğlu 






скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ