SON DƏQİQƏ
» » Müharibə əlilləri ilə bağlı vacib qərar verildi

Müharibə əlilləri ilə bağlı vacib qərar verildi

Tarix:

16-11-2023, 18:23

/ 1 162 dəfə oxundu.
Müharibə əlilləri ilə bağlı vacib qərar verildi

Nazirlər Kabinetinin 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2022-ci il 2 avqust tarixli 271 nömrəli qərarında dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) bu Qaydanın 2.6-2.8-ci bəndlərində qeyd olunan sənədləri və ya məlumatları əldə etmək mümkün olduqda, həmin sənədlərin və ya məlumatların təqdim edilməsi müraciət edən şəxsdən tələb olunmur. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından (qurumlarından) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ