SON DƏQİQƏ
» » Qərbi Azərbaycan Xronikası: “Qərbi azərbaycanlıların doğma Vətənə qayıdışına yol açan Zəfər”

Qərbi Azərbaycan Xronikası: “Qərbi azərbaycanlıların doğma Vətənə qayıdışına yol açan Zəfər”

Tarix:

8-11-2023, 23:12

/ 2 594 dəfə oxundu.
Qərbi Azərbaycan Xronikası: “Qərbi azərbaycanlıların doğma Vətənə qayıdışına yol açan Zəfər”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Azərbaycanın Zəfər Günü ilə bağlı analitik süjet hazırlanıb.
Süjetdə dünya azərbaycanlılarının üç ildir noyabrın 8-də Zəfər Gününü böyük coşqu ilə qeyd etdiyi, bu bayramın Xalq Cümhuriyyəti elan olunduğu gündən milli dövlətçilik tarixində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda apardığı mübarizənin nəticəsi olduğu vurğulanır.
Qeyd olunur ki, Cənubi Qafqaza köçürüləndən 90 il sonra ermənilər bu bölgədə bəlaya çevrilib, “dənizdən dənizə”, “Böyük Ermənistan” kimi uydurma ideyalarla Cənubi Qafqazda  yaranmış müstəqil dövlətlərin bolşeviklər tərəfindən işğal olunmasına yardım edib, azərbaycanlılara qarşı etnik təmizləmə apararaq onları soyqırımına məruz qoyublar:
“Erməni silahlı dəstələri 1918-ci il martın 30-dan aprelin 3-dək azərbaycanlılara qarşı soyqırımı törədiblər. Məhz buna görə də 31 mart ulu öndər Heydər Əliyevin 1998-ci il mart ayının 26-da imzaladığı sərəncama əsasən Dünya Azərbaycanlılarının Soyqırımı Günü kimi yad edilir”.
Bildirilir ki, ermənilər sovet əsgərlərinin yardımı ilə Qərbi azərbaycanlıların öz yurdlarından zorla çıxarılmasına nail oldular:
“1988-ci ldə 250 mindən çox Qərbi Azərbaycan türkü doğma ocağından didərgin salındı. Bununla kifayətlənməyən Ermənistan havadarları ilə birlikdə Qarabağ və ətraf rayonları işğal etdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə Ermənistan və havadarları əməl etmədi. Əksinə, şərti sərhəddə dəfələrlə təxribat törətdi. Nəhayət, mənfur separatçıların 2020-ci ildə törətdiyi növbəti təxribat və terror əməlinə Azərbaycan sentyabrın 27-dən başlayaraq “Dəmir yumruq”la cavab verdi. Bu, Vətən, İkinci Qarabağ müharibəsi idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Silahlı Qüvvələrin qəhrəmanlığı, xalqın birliyi və şəhidlərin qanı bahasına Azərbaycan Qələbə qazandı”.
Beləliklə, 8 Noyabr 2020-ci il Azərbaycan tarixinə şanlı səhifə kimi düşdü. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən Azərbaycanda Zəfər Günü bayram kimi qeyd edilir”.
Süjetdə bildirilir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalaması ilə Azərbaycan ərazi bütövlüyü, milli dövlətçilik, suverenlik və müstəqillik uğrunda apardığı 100 illik Vətən müharibəsindən Zəfərlə çıxdı:
“Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbiri üç il əvvəlki zəfər yürüşünün davamı oldu. Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanda olduğu kimi, Xankəndidə də Azərbaycanın bir daha enməyəcək üçrəngli bayrağı ucaldıldı. Şuşanın və Xankəndinin işğaldan azad edilməsi Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğurunda 100 illik mübarizənin siyasi, mədəni simvoludur. Zəfər Günü Azərbaycanın bütövlüyü uğrunda mübarizəyə, dünyanın müxtəlif bölgələrində azərbaycanlıların hüquqlarının qorunmasına təkan verir, həmçinin Qərbi azərbaycanlıların zorla məhrum edildikləri Vətənə qayıdışına yol açır. Bu qələbədə Azərbaycanın hər yerindən gənclər əziz canlarından keçərək şəhidliyə ucalıb. Odur ki, bu, bütöv Azərbaycanın tarixi Zəfəri, dünyada haqqın-ədalətin bərpasıdır”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
скачать dle 12.1

Şərhlər