SON DƏQİQƏ
» » Qarabağda universitetlər tikilir- Haradan başlayacaq?

Qarabağda universitetlər tikilir- Haradan başlayacaq?

Tarix:

10-10-2023, 09:47

/ 2 290 dəfə oxundu.
Qarabağda universitetlər tikilir- Haradan başlayacaq?

İlk növbədə qeyd edim ki, işğaldan azad edilmiş bütün tarixi torpaqlarımızda ali təhsil müəssisələri olacaq. Xankəndidə və Şuşada hazırda universitetlər var və tezliklə bərpa olunacaq.

Bu barədə açıqlamasında təhsil eksperti Kamran Əsədov qeyd edib.

Ekspert bildirib ki, Ağdamda universitetin tikilməsi düşünülmüş bir addımdır:

“Universitetlərin tikintisinə Ağdamda başlanılmasının səbəbi hazırda infrastruktur layihələrinin Ağdamda daha sürətli həyata keçirilməsidir. Şuşa artıq demək olar ki, bərpa olunub. Bilirsiz ki, Qarabağ brendi məhz Ağdamı təmsil edir və Ağdamda yaradılıb. “Qarabağ” futbol klubu da Ağdamı təmsil edir. Bu bir brendə çevrilib. Biz bu brendi Ağdamda davam etdirməklə yeni bir təhsil mühiti yaradacağıq. Məhz Ağdam Qarabağa gedən yolun başlanğıcıdır. Düşünürəm ki, birbaşa Kəlbəcərlə, Xankəndiylə sərhəd olması Ağdamın strateji əhəmiyyətini artırır”.

Ekspertin sözlərinə görə, işğaldan azad edilmiş bütün rayonlarda ərazilərin kadra olan ehtiyaclarını ödəmək üçün orta, peşə, ali ixtisas təhsil müəssisələri olmalıdır:

“Sovetlər dönəmində ən böyük səhvimiz ondan ibarətdir ki, tarixi Qarabağ ərazisində demək olar ki, təhsil müəssisələrimiz yox idi. Həmin ərazilərdə dövlət qurumlarında çalışan məmurların böyük əksəriyyəti İrəvanda təhsil almış ermənilər idi və buna görə də idarəetməni əllərinə almışdılar. Amma artıq Azərbaycan müstəqil, azad və güclü bir dövlətdir. İşğaldan azad etdiyimiz bölgələr də kifayət qədər böyükdür. Həmin ərazilərdə ilk növbədə tibbi mütəxəssislərə, hüquq-mühafizə orqanlarına ehtiyac var. Şuşada hazırda 2, Xankəndidə 1 universitet var. Onlar yenidən bərpa olunub Azərbaycan üçün təhsil müəssisəsinə çevriləcək”.

Ekspert yeni tədris ilindən təhsil müəssisələrinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayacağını bildirib:

“Birmənalı şəkildə tibb ixtisasına daha çox yer veriləcək. Çünki biz bilirik ki, tibb ixtisası üzrə ali təhsil mütəxəssisləri Bakıda və Naxçıvanda hazırlanır. Bölgələrin, xüsusən də qərb bölgəsinin tibb mütəxəssislərinə ehtiyacı var”.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev Ağdamda universitet binasının inşa ediləcəyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ