Heydərov Ramil Səfərovun qardaşına yüksək vəzifə verdi
Tarix:
6-10-2023, 12:53
/ 1 675 dəfə oxundu.
Polkovnik İlqar Sahib oğlu Səfərov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin edilib.
Bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Bildirilib ki, İ.Səfərov polkovnik-leytenant Ramil Səfərovun qardaşıdır.
İlqar Səfərovun atası Sahib Səfərov açıqlamasında oğlunun yeni təyinatını təsdiqləyib.
Qeyd edək ki, İlqar Səfərov 29.10.1975-ci ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Ailəlidir, 3 övladı var.