Cəbrayılda elektrik xətləri yerin altında olacaq
Tarix:30-09-2023, 12:20
/ 1 500 dəfə oxundu. 
Gələcəkdə Cəbrayıl şəhərinin elektrik şəbəkəsi tamamilə yeraltı xətlərdən ibarət olmaqla qurulacaq.
Bunu əraziyə təşkil olunmuş mediaturda Azərişıq ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.
"Ənənəvi yerüstü xətlər olmayacaq, təchizat abonentə qədər yeraltı izolyasiyalı naqillər vasitəsilə həyata keçiriləcək", - deyə o qeyd edib.
скачать dle 12.1