SON DƏQİQƏ
» » Qarabağı tərk edən ermənilər geri qayıda biləcəklər?

Qarabağı tərk edən ermənilər geri qayıda biləcəklər?

Tarix:

29-09-2023, 08:13

/ 1 141 dəfə oxundu.
Qarabağı tərk edən ermənilər geri qayıda biləcəklər?

Hazırda Ermənistan sakinlərinin Azərbaycan ərazisini tərk etməsi onların könüllü və fərdi qərarıdır.

Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "BBC Newshur" proqramına müsahibəsində deyib.

“Bunun məcburi yerdəyişmə və ya Azərbaycanın onların tərk etmək istəyi ilə heç bir əlaqəsi yoxdur. Onların həqiqətən seçimi var. Xüsusilə vurğulamaq lazımdır ki, biz onları çoxmillətli Azərbaycanın tərkibində qalmağa və bir hissəsi olmağa çağırdıq. Baxın, Azərbaycan hakimiyyəti son bir neçə gündə nə edir - hər cür humanitar yardım, zəruri mallar, dərmanlar çatdırır, yanğınsöndürən maşınlar göndərir, biz artıq gecə-gündüz elektrik təchizatı qurmuşuq”, - Əmirbəyov bildirib.

O qeyd edib ki, Azərbaycanı tərk edən ermənilər geri qayıda biləcəklər.

Elçin Əmirbəyov həmçinin bildirib ki, Azərbaycan Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda baş verdiyi iddia edilən qondarma “etnik təmizləmə” ilə bağlı bəyanatını qətiyyətlə pisləyir və rədd edir.

“O, təkcə sentyabrın 21-də Azərbaycan hakimiyyəti tərəfindən yerli ermənilərə heç bir təhlükə olmadığını deyən öz bəyanatlarından geri çəkilmir, həm də onun dedikləri həm də Azərbaycanın yerli ermənilərə humanitar yardım çatdırmaq səylərini və reinteqrasiya prosesini pozmağa yönəlib. Bu, həm də Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün perspektivlərini sarsıdır”, - deyə Elçin Əmirbəyov bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ