SON DƏQİQƏ

Xankəndidəki partlayışı kim törədib?

Tarix:

26-09-2023, 08:00

/ 1 070 dəfə oxundu.
Xankəndidəki partlayışı kim törədib?

Xankəndidə yanacaq məntəqəsində baş verən partlayış nəticəsində yaralıların sayının 200-dən çox olduğu iddia edilir. Və əsas tələb kimi hava məkanının açılmasını, yaralıların helikopterlərlə Ermənistana daşınmasını irəli sürürlər.

Bu barədə politoloq Asif Nərimanlı qeyd edib.

O bildirib ki, əgər partlayış hazırlanmış təxribatın nəticəsidirsə, bunu hava məkanının açılmasını istəyənlər edə bilər:

“Hava məkanının açılmasında ən çox maraqlı olanlar isə separatçılardır - həm keçmiş, həm hazırki “rəhbərlər”:

- keçmiş “rəhbərləri” təhvil-təslim prosesinin sonunda həbs edilmək təhlükəsi ilə yaşayır: onlar Laçın yolundan çıxmağa risk etmədikləri üçün helikopterlə getməkdə maraqlıdır;

- hazırki “rəhbərlər”in əsas missiyası Azərbaycanın əlinə keçməsini istəmədikləri sənədləri, yaxud hansısa daşına bilən əşyaları “təhlükəsiz” şəraitdə bölgədən çıxarmaq ola bilər.

Benzin çəninin dolu olub-olmaması da hadisə ilə bağlı ehtimalların yönünü dəyişə bilər: əgər çən dolu olubsa, bu partlayış ermənilərin Ermənistana getməsini səngidəcək”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ