SON DƏQİQƏ
» » Bakıdan erməni sakinlər üçün yanacaq göndərildi

Bakıdan erməni sakinlər üçün yanacaq göndərildi

Tarix:

23-09-2023, 16:41

/ 1 667 dəfə oxundu.
Bakıdan erməni sakinlər üçün yanacaq göndərildi

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinlər üçün yanacaq göndərib.

Yanacaqla dolu nəqliyyat vasitələri Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Hazırda yanacaq daşıyan nəqliyyat vasitələri Xankəndi istiqamətində hərəkət edir.

Yanacağın ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacaq.

Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələri bölgəyə yanacaq göndərilməsini xahiş etmişdilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ