SON DƏQİQƏ

"İsaBANK"ın MACƏRALARI

Tarix:

13-09-2023, 21:10

/ 5 962 dəfə oxundu.
"İsaBANK"ın MACƏRALARI

    Ədib İSAOĞLU
Təssüf olsun ki, bu gün ölkədə banklara borcu olmayan vətəndaşa rast gələ bilməzsiniz. Niyə rast gələ bilməzsiniz onu da deyim. 
 Banklara borclu olanların çoxluğunu təşkil edənlər isə qeyrət papağımızı başımıza qaytaran hərbiçi balalarımızdır. İndi deyəcəksiniz bunları mən hardan bilirəm. Ordan bilirım ki, bu günlərdə vətənin keşiyində dayanan hərbiçi oğluma bəzi problemləri həll etmək üçün pul lazım oldu. Oğlum da 5 günlük məzuniyyət götürdü ki, pul krediti götürüb, problemini həll etsin. Elə məzuniyyətin birinci günündən ata bala üz tutduq İsa kişinin sədri olduğu "NaxçıvanBank"ın baş ofisinə. Di xoş, beş, on beşdən sonra, İsa kişinin əşrəf-əyanları bizə sıra növbəsi verib gözləməyimizi söylədilər. Uzun müddətdən sonra növbəmiz gəldi. Bilgisayarın arxasındakı xanım əyan bildirdi ki, iş yerindən arayış lazımdır. Di 10 manat taksiyə, iş yerinə hücum, 10 manatda geriyə. Sələmxanaya özümüzü zor bəla çatdırmışdiq dedilər iş vaxtı bitdi. Səhəri gün getdik dedilər əməkhaqqının cədvəli. O, günümüzü də cədvələ həsr etdik.  Ertəsi gün, Kapital bankdan arayış istədilər (bu arayış pulludur) nəhayət ki, sənədləri toplayıb sələmxanaya təqdim edə bildik. 
Təzəcə rahatlaşmışdıq ki, xanım qız bildirdi ki, tək bir işimiz qaldı o, da sizə bir hərbiçi zamin durmalıdır. Biz yazıqlarda hansı hərbiçiyə zəng etdiksə ya dedi banklara borcum var, yada dedilər 2 nəfərə zaminliyim var. Bax burdan bilirəm hərbiçilərin borclu olduğunu. Uzun xahiş, minnətdən sonra dedilər sizə zaminsizdə kredit vermək mümkündür. Siz yeni müştərimizsiniz. Bu boyda zıpbıltıdan sonra xanım əyan çox nəzakətlə bizə bildirdi ki, bir həftəyə sizə məlumat veriləcək. Di gəl havalanma görüm necə havalanmayasan. 
Ay xanım bizim məzuniyyətin 5 gününün 4-nü oğurladın hələ bir həftədə əlavə sizi gözləyək? Yaxşı sabah nəticəni sizə bildirərik deyib qulağımıza tüstünü verdilər. 
Həsrətlə gözlədiyəmiz gün gəlib çatdı. Həmin qız yenə məlahətli səsiylə zəng edib dedi ki, bə siz bizim sələmlərimizdən yararlana bilməzsiniz. Oğlumun məzuniyyətini "NaxçıvanBank" suya axıtdığı üçün, o, kor peşman işə qayıtdı. 
Mənsə cin atını minib düz sürdüm İsabankın qabağına. Cin atıyla niyə getdiyimi soruşsanız deyim. Ona görə ki, taksiyə verməyə pul qalmamışdı. Əlimizdə ovcumuzda olan 150 manat pulu da bankın yolunda xərcləmişdik. Yəni ova gedərkən, ov olmuşduq. Nə isə, cin atını bankın ərazisindən uzağa bağlayıb kirimişcə və intligentcəsinə yaxınlaşdım bələdçi əyana ki, başıma gələn haqsızlığın nəticəsinə bank rəhbərliyi aydınlıq gətirsin. Bank rəhbərini telefonla arayan əyana cavab gəldi ki, denə burda yoxam məzuniyyətdəyəm. Vallah müştərilərin ödədiyi faizlə maaş alan İsa kişiyə müştərini belə qarşılamağı heç yaraşdıra bilmədim. Bələdçiyə bu dəfə müştəri kimi yox, jurnalist mövqeyi ilə suallar olduğunu söylədim. İsa kişi bu dəfədə gözləməyimi istədi. Nə qədər gözlədiyimi bilmirəm, cin atının kişnərtisindən bildim ki, axşam düşür. Amma onu deyim ki, "1185 qaynar xətt" vasitəsi ilə ərzi-gileyimi çatdırıb İsa bəyin obyektini tərk etdim.
    Cənab İsa bəy, əksər banklarda bank əməlyatları 30-60 dəqiqə çəkir yəni 21-ci əsr də bilgisayar dövründə yaşayırıq. Siz və sizin bank isə, bir əməliyatı 10 günə edirsiniz və sonu da nəticəsiz
 İmanımı yandıra bilmərəm, bəlkə də bu İsa bəy əhalini narazı salmaqla indiki rəhbərliyi keçmiş rəhbərliklə müqayisə edir...? 
Cənab İsa Bəy bank işi siyasət deyil, ya işinizi düzgün qurun, ya da işi bilənə verin. Yuxarıda qeyd etdiyim kimi müştərinin ödədiyi faizlə maaş alıb, müştəriyə üstən aşağı baxmayın.
   

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ