Milli Hidrometeorologiya Xidmətinin senytabrın 13-ü saat 9-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv və güclü olub. Şahdağda 2750 metr hündürlüyə qar yağıb.
Yağan intensiv yağışlar nəticəsində sentyabrın 13-ü saat 8 radələrində Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançay və Şəki rayonu ərazisində keçən Damarçın çayından sel keçib.
Gəncə, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Oğuz, Şamaxı, Qrız, Şəki, Balakən, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin sentyabrın 14-ü gündüz saatlarından tədricən kəsiləcəyi gözlənilir.