SON DƏQİQƏ

Vahiməxana

Tarix:

8-09-2023, 15:22

/ 5 637 dəfə oxundu.
Vahiməxana

Şəkil çəkməyi etikadan saymadım, amma inanın burda adam vahiməyə düşür..

Bir xəstəxanadayam ( yaxın dostu yoxlatmaq üçün) sənəd yazan qızların yanı, dəhlizlər, həkimlərin, uzi filanın otaqları yanında vətəndaşlar doludur.

Ardı gəlir- gəlir...

Ora get, ora analiz ver, bura get...

ALLAH millətimizi qorusun, əşi bu dəhşətdi e, nəsə anormal hal var. Bu qədər xəstə olar?

Biz nə etdik belə oldu? İşləmədik , tərləmədik xəstəliklər bədənimizdə qaldı, kondinsenerlər elədi, telefonlar elədi, marketlər, yağlar, broeylər, maşın tüstüləri, eşşək boyda qarpızlar, giləsi top boyda üzümlər elədi???cin vurdu, şeytan vurdu bilmirəm...

Ya qonşu cip aldı, işdə orda burda dava düşdü, dimdirol araqlar təsir etdi bilmrəm...

Özəl xəstəxanalar artdıqca insanların sağlamlığı korlandı. Bu təbbi idi, çünki onların " xəstə müştərilərə" tələbatı və xəstələr üzərundə rəqabəti artırdı.

O artdıqca bu da artacaq, aksiomadır.

Bir dəfə radioda eşitdim özəl polikilinka satışa çıxarılıb. 380 milyon manata...

İlk müstəqillik dövründə dövlət büdcəsində bu qədər pul yox idi...

İndi də səhv etmirəmsə Naxçıvanın büdcəsi təxminən bu qədərdir.

Haradansa oxumuşdum ki, xərçəngin əlacını tapana qızıldan heykəl qoyacaqlar.

Düşünürdüm ki, böyüyüb bu işi mən görərəm, indi sevinirəm ki, yaxşı ki, bu elə xəyal olub, nə heykəl, yoxsa çoxdan adamın ətindən lülə kabab düzəldərdilər...

Sadıq Qarayev

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ