SON DƏQİQƏ

Kolleclərə qəbul olanların nəzərinə!

Tarix:

8-09-2023, 09:50

/ 1 975 dəfə oxundu.
Kolleclərə qəbul olanların nəzərinə!

Bu gün saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.


Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.


Qəbul olunmuş şəxslər bu sistemdə qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.


Qeydiyyat 13 sentyabr saat 18:00-da başa çatacaq.


Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ