SON DƏQİQƏ
» » Azəriqaz bu ərazilərlə bağlı məlumat yaydı

Azəriqaz bu ərazilərlə bağlı məlumat yaydı

Tarix:

7-09-2023, 08:00

/ 1 246 dəfə oxundu.
Azəriqaz bu ərazilərlə bağlı məlumat yaydı

Bu gün saat 10:00-dan “Keşlə” QPS-də dörd ədəd istismara yararsız siyirtmənin yenisilə əvəz olunması və “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan “Göyçay-1” QPS-də iki ədəd istismara yararsız siyirtmənin demontaj olunaraq əvəzinə yeni siyirtmənin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonunun S.Vəzirov, N.Əliyev, S.Sinuşkin, Y.Səfərov, A.İsmayılov, F.Bayramov, M.Rəfibəyli, M.Mehdizadə, S.Orucov küçələrinin, Ağ Şəhər, Babək və Xocalı prospektlərinin, eləcə də Göyçay rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

скачать dle 12.1

Şərhlər