SON DƏQİQƏ

Qara günlü FUTBOLUMUZ

Tarix:

30-08-2023, 16:14

/ 7 087 dəfə oxundu.
Qara günlü FUTBOLUMUZ

 Belə bir lətifə danışırlar ki, bir gün Brazilya milli futbol komandası Azərbaycan milli futbol komandasıyla dostluq matçı oynamaq üçün Bakıya gəlir. Xoş, beş. on beşdən sonra oyun başlayır. Elə ilk dəqiqələrdə Brazilyalılar bizimkilərin qapısından topu keçirirlər. Bizim futbolun vəziyyətini görən Brazilyalılar qapıçı Gasilasla, (bizim səsi və nitqi gözəl şərhçilərimiz doğma dilimizdə olan qapıçı sözünü bəyənməyərək, ingiliscə goolkiper deyirlər) müdafiəçi Ronaldinonu meydançada tək qoyaraq qalan 9 oyunçu ilə çıxırlar şəhəri gəzməyə. 
Oyunun sonlarına yaxın stadiona gələn Brazilyalılar baxırlar ki, hesab 1:1-dir: "Ayə, a gədə ay Ronaldino bu 1:1 nədir belə". Ronaldino da qayıda ki: "Bə siz gedəndən sonra qapıçımıza da qırmızı verdilər".
    Ayə, ay papaqsız və bığsız bəylər, kəlayığısız xanımlar hara gedir bizim bu bədbəxt taleli futbolumuz? İnanın ki, Azərbaycan futbol yığması oynayanda, mən yazıq televizoru söndürürəm. Sğndürürəm ona görə ki, utanmayım. 
Bu yaxınlarda duydum ki, bizim neft şirkətimiz sokar var ha, həmin bizim bu sokar, gedib Türkiyənin "Qalatasaray" kulubuna milyonlarla pul sərmayə qoyub yəni sponsorluq edib. Sanki "Qalatasaray" bizə çox möhtac imiş. "Qalatasaray" da o pulun bir qismini (10 milyoncuq avro kimi bir şey) PSG-yə ödəyərək İkardi deyilən bir oyunçuya verib, qalanını da sokarınan bərabər xımır- xımır yeyir. Mən sponsorluğa qarşı çıxmıram ha varlığa nə darlıq. Əmbə birinci evin içi, sonra çölü deyib atalar.
Ayə, ay kişilər gəlin bir azacıqda öz futbolumuza maraq göstərək da. Biz əgər ki, o milyonları öz futbolumuza qoysaq, Sovet ittifaqındakı "Neftçi"ni yarada bilməzmiyik?
    Bu arada təşəkkür edirik Qurban Qurbanovlu "Qarabağ" futbol kulubumuza. Yenə üzümüzü "Qarabağ" ağ edir.
Bol uğrlar QARABAĞ.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ