SON DƏQİQƏ
» » Məktəb ləvazimatlarının qiymətləri necədir?- AÇIQLAMA

Məktəb ləvazimatlarının qiymətləri necədir?- AÇIQLAMA

Tarix:

24-08-2023, 19:26

/ 2 235 dəfə oxundu.
Məktəb ləvazimatlarının qiymətləri necədir?- AÇIQLAMA

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb.Bəs hazırda mağazalarda qiymətlər necədir?

Qiymətlər ötən illə nisbətdə müxtəlif ləvazimatların qiymətlərində 10 qəpikdən 3 manata qədər bahalaşıb. Satıcılar bildiriblər ki, bahalaşma daşınma qiymətlərinin arması ilə bağlıdır. Valideynlər daha çox sentyabrın 1-dən sonra məktəb ləvazimatlarını almağa üstünlük verirlər, ancaq valdeynlərin indidən tədris ilinə hazırlıq görmələri məsləhət görülür. Çünki tədris ilinin başlamasına bir həftə qalmış, həm sıxlıq olur, həm də ləvazimatların cüzi də olsa qiymətləri bahalaşa bilər.

Beləliklə, əsas məktəb ləvazimatlarının qiymətləri aşağıdakı kimidir:

Çanta: 18-55 manat

Dəftər: 40 qəpik - 2,50 manat

Sadə karandaşlar: 10 qəpik -1,80 manat

Rəsm albomları: 1-5 manat

Dəftər-kitab üzlükləri: 20-50 qəpik

Sadə qələmlər: 20- qəpik, daha keyfiyyətliləri 1 manata qədər

Rəngli karandaşlar: 2-8 manat

Pozan: 30-50 qəpik

Qələmyonan: 15 qəpik - 1 manat 20 qəpik

Xətkeş: 30 qəpik -2,50 manat

Plastilin: 1- 4,50 manat

Quaş: 1-4 manat

Fırça: 30-50 qəpik

Pərgar dəsti: 1 - 3,6 manat
скачать dle 12.1

Şərhlər