SON DƏQİQƏ
» » Dünyanın həyəcanla gözlədiyi mərasim təxirə salındı

Dünyanın həyəcanla gözlədiyi mərasim təxirə salındı

Tarix:

10-08-2023, 20:48

/ 2 387 dəfə oxundu.
Dünyanın həyəcanla gözlədiyi mərasim təxirə salındı

Bu il sentyabrın 18-də keçirilməsi planlaşdırılan 75-ci “Emmi” televiziya mükafatının təqdimat mərasimi Hollivudda aktyor və ssenari müəlliflərinin tətili səbəbindən gələn il yanvarın 15-nə təxirə salınıb.

Sentyabrın 18-də keçirilməsi planlaşdırılan mərasim 11 sentyabr terror aktlarının baş verdiyi 2001-ci ildən sonra ilk dəfə təxirə salınır.

Məlumat üçün bildirək ki, Hollivud aktyorlarını təmsil edən Kino Aktyorları Assosiasiyasının və Amerika Televiziya və Radio Sənətçiləri İttifaqının (SAG-AFTRA) üzvləri süni intellektə qarşı əmək haqqının qaldırılması və iş təhlükəsizliyinə dair danışıqların nəticəsiz qalması səbəbindən tətilə başlayıblar. Tətil davam etdiyi üçün aktyorlar sentyabrın 18-də keçirilməsi planlaşdırılan mükafatlandırma mərasiminə qatıla bilməyəcəkdi.

Namizədlər elan olunmuşdu

Televiziya İncəsənət və Elmlər Akademiyasının bu il təşkil edəcəyi 75-ci Emmi Mükafatlarının namizədləri ötən həftələrdə açıqlanıb. HBO istehsalı olan "Succession" serialı 27 nominasiya üzrə göstərilib. Həmçinin "The Last of Us və The White Lotus" ən çox nominasiya alan digər layihə olub.

Ən çox nominasiya qazanan filmlər aşağıdakılardır:

"Succession" - 27 nominasiya

"The Last Of Us" - 24 nominasiya

"The White Lotus" - 23 nominasiya

"Ted Lasso" - 21 nominasiya

"The Marvelous Mrs. Maisel" - 14 nominasiya

"The Bear" - 13 nominasiya

"BEEF" - 13 nominasiya

"Dahmer – Monster: The Jeffrey Dahmer Story" - 13 nominasiya

"Wednesday" - 12 nominasiya

"Barry" - 11 nominasiya
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ