SON DƏQİQƏ

Parisdə dünya çempionatı təxirə salındı

Tarix:

5-08-2023, 20:57

/ 2 944 dəfə oxundu.
Parisdə dünya çempionatı təxirə salındı

Sena çayında suyun çox çirkli olması ilə əlaqədar Parisdə açıq suda üzgüçülük üzrə dünya çempionatının üzmə yarışları təxirə salınıb.

Bu barədə Fransa Üzgüçülük Federasiyası qərar qəbul edib.

Federasiya məşqləri də ləğv etməyə məcbur olub. Şənbə və bazar günləri yarışların keçirilməsi üçün təhlükənin olması barədə xəbərdarlıq edib.

Bildirilib ki, sudan götürülən yeni nümunələr analiz edildikdən sonra yarışlarla bağlı qərar veriləcək.

Məşqlərin ləğv edilməsinə və yarışların təxirə salınmasına səbəb kimi paytaxt regionunda artıq bir neçə gündür davam edən güclü yağışlar göstərilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ