SON DƏQİQƏ

“Aztelekom” yayılan iddialara reaksiya verdi

Tarix:

10-08-2023, 12:09

/ 1 562 dəfə oxundu.
“Aztelekom” yayılan iddialara reaksiya verdi

"Aztelekom" telekommunikasiya şirkəti qurumda FETÖ ilə bağlı əməliyyat keçirilməsinə dair yayılan məlumatlara aydınlıq gətirib.

Açıqlamada sözügedən məlumatların yanlış olduğu bildirilib.

"Müxtəlif kütləvi informasiya vasitələrində hüquq mühafizə orqanları tərəfindən Aztelekom MMC-də iki şəxsin həbs edilməsi barədə yayılan məlumatla bağlı bildirmək istəyirik ki, Aztelekom MMC-yə hüquq mühafizə orqanları tərəfindən mövzu ilə əlaqədar hər hansı sorğu, məlumat və s. daxil olmayıb", - açıqlamada qeyd olunub.

Qeyd edək ki, ötən gün Gününsəsi.info saytı hüquq-mühafizə orqanlarının "Aztelekom"da əməliyyat keçirdiyini və iki FETÖ-çünün həbs edildiyini bildirib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ