SON DƏQİQƏ
» » Azad olunmuş ərazilərdə daha 224 mina aşkarlanıb

Azad olunmuş ərazilərdə daha 224 mina aşkarlanıb

Tarix:

7-08-2023, 16:44

/ 1 685 dəfə oxundu.
Azad olunmuş ərazilərdə daha 224 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (31.07.2023 - 06.08.2023) açıqlanıb.

Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 194 piyada əleyhinə mina, 30 tank əleyhinə mina, 97 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 363,02 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
скачать dle 12.1

Şərhlər